Azərbaycan Dövlət İnformasiya Agentliyi

İmişlidə şəkər istehsalı - yeni hədəflər

30.10.2026 [15:09]

Xəbərin mətni

Gündəlik həyatımızda geniş istifadə olunan şəkərin istehsalı tarlada yetişdirilən şəkər çuğundurundan başlayır. İmişli Şəkər Zavodunda xammalın qəbulundan laboratoriya yoxlamasına, emalından hazır məhsulun qablaşdırılmasına qədər bütün mərhələlər ardıcıl texnoloji proses əsasında həyata keçirilir. Yerli şəkər çuğunduru istehsalının artırılması, əkin sahələrinin genişləndirilməsi və emal imkanlarının gücləndirilməsi qarşıdakı illər üçün əsas hədəflərdəndir. 2030-cu ilədək şəkər çuğunduru istehsalının 800 min tona, şəkər istehsalının isə 92 min tona çatdırılması planlaşdırılır.