Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan yol mühəndisliyinin Avropadakı imzası – “Azvirt”

31.10.2026 [10:00]

Xəbərin mətni

Azərbaycanın tanınmış yol-tikinti şirkəti “Azvirt” MMC-nin Balkan regionunda fəaliyyəti genişlənir. Şirkət daha bir mühüm layihənin icrasını uğurla başa çatdırıb. “Azvirt”in Bosniya və Herseqovinadan olan konsorsium tərəfdaşı “Hering” şirkəti ilə birgə inşa etdiyi Avropanın mühüm nəqliyyat dəhlizinin tərkib hissəsi olan Zenitsa Şimal–Qolubinya avtomobil yolunun 20 kilometrlik hissəsinin açılışı olub.