Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Mehdiyev: Azərbaycanın “ASAN” modeli 50-dən çox ölkəyə ixrac olunur

05.11.2026 [12:27]

Xəbərin mətni

BMT ilə Azərbaycan Hökuməti arasında töhfə sazişi imzalanıb. Sazişin əsas məqsədi Azərbaycanın “ASAN” modelinin dörd qitədə BMT tərəfindən təbliği və təşviqidir. “ASAN xidmət” artıq Azərbaycanın uzun illərdir ki, intellektual brendinə çevrilib. Bu gün 50-dən çox ölkəyə Azərbaycanın “ASAN” modeli ixrac olunur. Artıq onlardan altı ölkədə ümumilikdə 600-dən çox “ASAN xidmət” mərkəzləri fəaliyyətdədir. Bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.