Azərbaycan Dövlət İnformasiya Agentliyi

Li Junhua: “ASAN xidmət” modeli dövlət xidmətlərinin göstərilməsində mühüm nümunədir

05.11.2026 [12:19]

Xəbərin mətni

Dövlət xidmətləri Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinin mərkəzində dayanır. Çünki məhz dövlət xidmətləri vasitəsilə qəbul edilən siyasət və qərarlar insanların gündəlik həyatında real nəticələrə çevrilir. Azərbaycanın “ASAN xidmət” modeli bu istiqamətdə həyata keçirilən fəaliyyətin və transformasiyanın mühüm nümunəsidir. Bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammitdə çıxış edərkən deyib.