BMT rəsmisi: Bakı sammitinin əsas məqsədi gələcəkdə atılmalı olan konkret addımları müəyyənləşdirməkdir
05.11.2026 [12:17]
Xəbərin mətni
Bu gün yüksəkkeyfiyyətli dövlət xidmətlərinin göstərilməsi sabahın çağırışlarına hazırlıqla paralel həyata keçirilməlidir. Gələcəyi qabaqlayan idarəetmə artıq seçim deyil, dayanıqlılığın təmin edilməsi üçün zərurətdir. Bunu BMT Baş katibinin İqtisadi və sosial məsələlər üzrə müavini Li Junhua BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamenti və Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı sammitdə çıxış edərkən deyib.