Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Əsas hədəfimiz akvakultura üzrə illik istehsal həcmini 2030-cu ilədək 7700 tona çatdırmaqdır

05.11.2026 [15:04]

Xəbərin mətni

Balıqçılıq və akvakultura sahəsində idarəetmə funksiyalarının Kənd Təsərrüfatı Nazirliyinə həvalə edilməsi aqrar siyasətimizin əhatə dairəsini genişləndirib. Nazirliyin tabeliyində Balıqçılıq və Akvakultura Mərkəzinin yaradılması isə sahənin vahid yanaşma əsasında inkişafı üçün zəruri institusional baza formalaşdırıb. Bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib.