Deputat: Hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır
05.11.2026 [15:34]
Xəbərin mətni
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” əsasında ölkənin ərzaq təhlükəsizliyinin təmin olunması dayanır. Bu gün dünyada davam edən geosiyasi gərginliklər dövründə hər bir dövlət ərzaq təhlükəsizliyi məsələsinə ciddi diqqət ayırır. Bunu Birinci Azərbaycan Regional Akvakultura Forumunda çıxışı zamanı Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.