Ramil Tahirov: İpoteka kreditləşməsində təminat qeydi mexanizminin tətbiqi üçün qanunvericilik təkmilləşdirilməlidir
05.11.2026 [19:13]
Xəbərin mətni
Azərbaycanda ipoteka kreditləşməsi mexanizmi 2006-cı ildən fəaliyyət göstərir və indiyədək bu mexanizm vasitəsilə 62 minədək vətəndaşın mənzil əldə etməsinə dəstək göstərilib. Bununla belə, ipoteka portfelindəki mənzillərin böyük əksəriyyətini çıxarışlı əmlaklar təşkil edir. Bunu İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədr müavini Ramil Tahirov “AIREX 2026” – Birinci Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisi çərçivəsində keçirilən 3-cü Dayanıqlı Tikinti Sammitinin “Bünövrədən çıxarışa” adlı panelində çıxışı zamanı deyib.