Naxçıvan Regional Dost Mərkəzinə 8 minə yaxın müraciət daxil olub
05.11.2026 [20:19]
Xəbərin mətni
Cari il avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istifadəyə verilmiş Naxçıvan Regional DOST Mərkəzində 15 istiqamət üzrə 164 xidmət göstərilir. Vətəndaş məmnunluğu göstəricisi 99 faizdən yüksəkdir. Fəaliyyətə başladığı vaxtdan indiyədək mərkəzə vətəndaşlardan 8 minə yaxın müraciət daxil olub. Müraciətlərin əksəriyyəti sosial müdafiə, pensiya və əmək məşğulluğu istiqamətləri ilə bağlıdır. Bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Regional DOST Mərkəzinə direktor müavini Şamil Əliyev deyib.