Azərbaycan Dövlət İnformasiya Agentliyi

Lu Mey: Böyük potensiala malik Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir

06.11.2026 [14:21]

Xəbərin mətni

Cari ildə iki ölkə liderinin strateji rəhbərliyi altında böyük potensiala malik Çin-Azərbaycan münasibətləri dinamik inkişaf edir. Hər iki ölkənin dövlət qurumları və aidiyyəti strukturları dövlət başçılarının əldə etdikləri mühüm razılaşmaların həyata keçirilməsi məqsədilə sıx əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Bu da ikitərəfli münasibətlərin daha da inkişafına və yeni nəticələrin əldə olunmasına töhfə verir. Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey noyabrın 6-da Bakıda keçirilən brifinqdə deyib.