Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV
11.11.2026 [22:32]
Xəbərin mətni
Ukrayna Azərbaycanın biznes nümayəndələri ilə titan və energetika sahələri, eləcə də dövlət büdcəsinin gəlir hissəsini formalaşdıran digər strateji əhəmiyyətli sahələr də daxil olmaqla, yeni aktivlərin mümkün əldə edilməsi ilə bağlı danışıqlar aparır. Bununla yanaşı, genişmiqyaslı müharibə dövründə bu günədək Ukraynaya xarici şirkət tərəfindən yatırılmış ən böyük investisiya məhz Azərbaycan investisiyası olaraq qalır. Bu barədə Ukrayna Dövlət Əmlak Fondunun (UDF) rəhbəri Dmitri Nataluxa AZƏRTAC-ın müxbiri ilə söhbətində danışıb.