Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mərkəzi istilik sistemi nə vaxt işə düşəcək?

12.11.2026 [15:13]

Xəbərin mətni

Son günlər havanın soyuması ilə əlaqədar istilik mövsümünə hazırlıq işləri daha da aktuallaşıb. Paytaxtın müxtəlif ərazilərində yerləşən qazanxanalarda son hazırlıq tədbirləri həyata keçirilir. Noyabrın 15-dən etibarən istilik mövsümünün başlanması nəzərdə tutulur. Bu məqsədlə istilik sistemlərinin sazlığı yoxlanılır, avadanlıqlara texniki baxış keçirilir. Əsas məqsəd yaşayış binalarının və sosial obyektlərin fasiləsiz istiliklə təmin olunmasıdır.