Azər Bayramov: Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir
12.11.2026 [15:34]
Xəbərin mətni
Ələt Azad İqtisadi Zonası sahibkarlara əlverişli biznes mühiti təqdim edir. Gələn ildən bu zonada istehsal edilən, təsdiqlənən siyahıya daxil olan azərbaycanmənşəli məhsulların ən azı yarısı ixrac edildiyi halda, digər hissəsi daxili bazara gömrük rüsumu olmadan çıxarıla biləcək. Bunu İqtisadiyyat nazirinin müavini Azər Bayramov Milli Məclisin bu gün keçirilən Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı bildirib.