Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN: Azərbaycan ASB-nin əlavə öhdəliklər yaradan sənədlərinə qoşulmayıb

13.11.2026 [14:50]

Xəbərin mətni

Azərbaycan “Avropa Siyasi Birliyi”nin (ASB) 9-cu Zirvə toplantısı çərçivəsində qəbul olunmuş Avropa təhlükəsizliyi, miqrasiya və narkotik maddələrin dövriyyəsi ilə bağlı sənədlərə qoşulmayıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualına cavabında bildirib.