Kənan Kərimzadə: Müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir
13.11.2026 [16:26]
Xəbərin mətni
2014-cü illə müqayisədə müəllimlərin orta aylıq əməkhaqqısı üç dəfədən çox artıb. 2026-cı ilin sentyabrına olan məlumatlara görə, vergilər daxil olmaqla bizim müəllimlərin orta aylıq əməkhaqqısı 1030 manat təşkil edir. Bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin noyabrın 13-də keçirilən birgə iclasında deyib.