Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elbrus İsayev: Əcəmi Naxçıvaninin memarlıq irsi dünya mədəniyyətinin qiymətli nümunələrindəndir

13.11.2026 [22:13]

Xəbərin mətni

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Əcəmi Naxçıvaninin 900 illik yubileyinin qeyd olunması və bu münasibətlə beynəlxalq elmi konfransın təşkili böyük memarın irsinə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Əcəmi Naxçıvaninin yaradıcılığı yalnız Azərbaycan və Naxçıvanın deyil, bütövlükdə dünya memarlıq tarixinin mühüm səhifələrindən biridir. Memarın sənətinin təsirlərinə müxtəlif ölkələrin memarlıq abidələrində və elmi tədqiqatlarında rast gəlinməsi onun yaradıcılığının beynəlxalq əhəmiyyətini təsdiqləyir. Bu sözləri Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev jurnalistlərə müsahibəsində deyib.