Aqrar sektorda süni zəka və yeni texnologiyalar məşğulluğu artıracaq
16.11.2026 [12:24]
Xəbərin mətni
Dünya İqtisadi Forumunun "Gələcəyin işləri – 2025" hesabatında 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsində qlobal miqyasda əlavə 550 milyon iş yerinin yaradılacağı proqnozlaşdırılır. Bu isə bir daha sübut edir ki, müasir texnologiyaların, o cümlədən süni zəkanın və yeni yanaşmaların tətbiqi aqrar sektorda əmək məhsuldarlığı ilə resursların səmərəli istifadəsinə təkan verməklə yanaşı, məşğulluğun artmasına da öz töhfəsini verəcək. Bunu kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev "Milli Məşğulluq Forumu 2026" tədbirində çıxışı zamanı deyib.