Agentlik sədri: Azərbaycanda ilk dəfə "İstedadlar sərgisi"nin keçirilməsi planlaşdırılır
16.11.2026 [12:20]
Xəbərin mətni
Milli Məşğulluq Forumunun əsas məqsədi rəqəmsallaşma, innovativ peşələr, dayanıqlı məşğulluq, süni intellekt və onun əmək bazarına təsiri, eləcə də peşə seçimi və karyerada doğru yanaşma kimi sahələri əhatə edir. Biz yerli və xarici ekspertlərin, ali təhsil müəssisələrinin, işəgötürənlərin, digər biznes subyektlərinin və gənclərin iştirakı ilə mövcud çağırışlara cavab tapmağa, eyni zamanda, gələcəyin əmək bazarına doğru istiqamət verməyə çalışacağıq. Bunu jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov deyib.