Mərkəzi Bankın sədri: Məzənnə 2027-ci ildə də makroiqtisadi sabitliyin əsas dayağı olacaq
16.11.2026 [13:46]
Xəbərin mətni
2027-ci ildə də Mərkəzi Bankın pul siyasətinin əsas məqsədi inflyasiyanın hədəf daxilində idarə edilməsi olacaq. Pul siyasəti qərarları makroiqtisadi proqnozlara və təhlillərə əsaslanacaq. Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.