Vüqar Gülməmmədov: Bütün büdcə prosesi vahid hüquqi sənəddə təsbit edilməlidir
16.11.2026 [13:56]
Xəbərin mətni
Ölkəmizdə “Büdcə sistemi haqqında” Qanunun yenilənməsi və müasir iqtisadi çağırışlara uyğunlaşdırılması ilə bağlı bizim tərəfimizdən və ayrı-ayrı deputatlar tərəfindən mütəmadi olaraq təkliflər irəli sürülür. Yenilənmə iqtisadi resursların daha səmərəli istifadəsini təmin etmək üçün vacibdir. Müasir dünya dövlət proqramlarının effektivliyini və dayanıqlı inkişaf məqsədlərini birbaşa qanunvericiliyə inteqrasiya edir. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.