2022-2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz olacaq
16.11.2026 [14:10]
Xəbərin mətni
Görülən işlərin nəticəsində cari ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla 2022–2026-cı illərdə ÜDM-in orta illik artımı 2,7 faiz təşkil edəcək. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.