Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nazir: Qeyri-neft-qaz özəl sektorunda əmək müqavilələrinin sayı 2 dəfədən çox artıb

16.11.2026 [14:31]

Xəbərin mətni

Mühüm struktur dəyişikliklərindən biri də iqtisadiyyatın şəffaflaşmasıdır. 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, ƏDV ödəyicilərinin sayı 3,5 dəfə, aktiv obyektlərin sayı isə 1,7 dəfə artıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.