Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hesablama Palatasının sədri: Cari xərclərin artım tempinə limit qoyulmasını təklif edirik

16.11.2026 [13:58]

Xəbərin mətni

“Büdcə zərfi”nə əsasən, fiskal dayanıqlılığın əsas şərtlərindən biri kimi ortamüddətli dövrün sonuna qeyri neft-qaz gəlirləri hesabına cari xərclərin tam qarşılanması proqnozlaşdırılır. Bu makroiqtisadi sabitlik və resurs asılılığının azaldılması baxımından təqdirəlayiq hədəfdir. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.