Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanda büdcənin qeyri-neft-qaz gəlirlərinin 63 faizdən çoxu bu sektorun vergiləri hesabına formalaşır

16.11.2026 [14:22]

Xəbərin mətni

Prezidentin siyasi iradəsinin və müəyyən etdiyi inkişaf kursunun nəticəsi olaraq iqtisadiyyatın neft-qaz sektorundan asılılığı ardıcıl olaraq azalır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.