Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəlbində muğam sevgisi, səsində Qarabağın ruhu – böyük səhnələrə addımlayan Fatimə Kərimova

16.11.2026 [16:53]

Xəbərin mətni

Muğamın hər avazında xalqımızın əsrlərin sınağından keçərək günümüzə gəlib çatan tarixi, duyğuları və mənəvi dünyası yaşayır. Bu sənətin incəliklərini öyrənmək, onun ruhunu duyaraq səhnədə ifadə etmək isə yalnız istedad deyil, böyük sevgi, zəhmət və səbir tələb edir. Muğam yolunda hələ uşaqlıq illərindən addımlayan gənc xanəndə Fatimə Kərimova da bu zəngin irsin yaşadılması və gələcək nəsillərə ötürülməsi naminə öz sənət yolunu inamla davam etdirir.