Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ceffri Verbok: Azərbaycana sevgimin izaha ehtiyacı yoxdur

17.11.2026 [11:45]

Xəbərin mətni

Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində ABŞ-dən olan tanınmış musiqiçi, Amerika Muğam Cəmiyyətinin sədri, kamança, tar və ud ifaçısı, Azərbaycan musiqisinin təbliğatçısı və onun tarixinin tədqiqatçısı Ceffri Verbokun 75 illik yubileyi qeyd olunub. Ceffri, həmçinin Azərbaycan mədəniyyətini, adət-ənənələrini və tarixini öyrənir, qədim Azərbaycan xalçalarına maraq göstərir və Azərbaycan dilində sərbəst danışır. Son vaxtlar oğlu Cozef də onunla birlikdə çıxış etməyə başlayıb. Cozef də Azərbaycan musiqisinə maraq göstərir.