Azərbaycan Dövlət İnformasiya Agentliyi

Saməddin Əsədov: Məqsədimiz ölkənin kibertəhlükəsizlik potensialını gücləndirməkdir

19.11.2026 [12:39]

Xəbərin mətni

Ölkə səviyyəsində kibertəhdid və insidentlər barədə məlumat mübadiləsini təmin edən xüsusi platformaya 60 qurum qoşulub, platforma vasitəsilə 28 mindən çox təhdid indikatoru paylaşılıb. Bu göstəricilər kibertəhdidlərin miqyası və onlara qarşı əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətini bir daha nümayiş etdirir. Bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni ntellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransda çıxış edən rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov deyib.