Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elman Abdullayev: Süni intellekt beynəlxalq münasibətlərin qaydalarının yenidən formalaşmasına səbəb ola bilər

19.11.2026 [16:13]

Xəbərin mətni

Süni intellekt beynəlxalq münasibətə təsir etmək məqamına çatıb və bunun üçün diplomatik əlaqələrin inkişafı çox vacib məsələdir. Yeni texnologiyalar artıq beynəlxalq münasibətlərin qaydalarını yenidən formalaşdıra, geosiyasi rəqabəti kəskinləşdirə və texnoloji imkanların bir neçə güc mərkəzində cəmləşməsinə səbəb ola bilər. Bu baxımdan kiçik və ortaölçülü ölkələrin süni intellektlə bağlı beynəlxalq müzakirələrdə və qərarların qəbulunda iştirakının təmin edilməsi vacibdir. Bu sözləri Bakıda “Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans Azərbaycan 2026: Süni intellekt dövründə güc və təsir” mövzusunda keçirilən konfransın panel iclasında çıxış UNESCO üzrə Milli Komissiyanın Baş katibi, XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Elman Abdullayev deyib.