Ramin Rzayev: İcbari tibbi sığorta xidmətlərinin keyfiyyəti və əlçatanlığı artırılır
19.11.2026 [17:49]
Fəaliyyətimizin əsas istiqaməti icbari tibbi sığorta xidmətlərinin həyata keçirilməsidir. İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına xidmətlər zərfində nəzərdə tutulan tibbi xidmətlər vətəndaşlara göstərilir və maliyyələşdirilir. Bu xidmətlərin təşkili məqsədilə dövlət və özəl tibb müəssisələri ilə əməkdaşlıq qurulur ki, bu da dövlət-biznes əməkdaşlığının əsas göstəricilərindən biridir. Bunu Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Dövlət-Biznes Əməkdaşlığı Forumunda “Qurumların fəaliyyəti, işəgötürənlərlə əməkdaşlıq və əmək bazarının aktual məsələləri” mövzusunda panel sessiyada çıxışı zamanı deyib.