İDMAN


AVRO-2016: Uels yığması Şimali İrlandiyaya qalib gəldi 1:0

İyunun 25-də futbol üzrə XV Avropa çempionatının səkkizdəbir final mərhələsində növbəti oyun keçirilib. AZƏRTAC xəbər verir ki, ingiltərəli baş hakim Martin Atkinsonun idarə etdiyi görüşdə Uels və Şimali İrlandiya milli komandaları Parisin “Park de Prens” stadionunda qarşılaşıblar. Oyun 1:0 hesabı ilə Uels komandasının qələbəsi ilə başa çatıb.