AMEA–da “Azərbaycan elminin inkişaf doktrinası”nın layihəsi müzakirə olunub
12.07.2016 [19:08]
Xəbərin mətni
İyulun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının (RETƏŞ) növbəti iclası keçirilib.
AMEA-nın prezidenti, akademik Akif Əlizadənin sədrliyi ilə keçirilən tədbirdə akademiyanın vitse-prezidentləri, akademik-katibi, elmi bölmələrin akademik-katibləri, Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının üzvləri, elmi problemlər üzrə şuraların sədrləri iştirak ediblər.