Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Viktoriya” - “Qarabağ” oyununda hesab açılmayıb

27.07.2016 [10:41]

Xəbərin mətni
İyulun 26-da Ağdamın “Qarabağ” futbol klubu Çempionlar Liqasının III təsnifat mərhələsində Çexiyanın “Viktoriya” (Plzen) komandasının qonağı olub. Plzen şəhərindəki “Dusan Arena”da keçirilən qarşılaşmanı makedoniyalı baş hakim Aleksandar Stavrev idarə edib.