Bu gün “Rio-2016” Yay Olimpiya Oyunlarına start verilir
05.08.2016 [17:28]
Xəbərin mətni
Bu gün Braziliyanın Rio-de-Janeyro şəhərində XXXI Yay Olimpiya Oyunlarına start veriləcək. Yarışın açılış mərasimi bu gün Bakı vaxtı ilə saat 03:00-da başlayacaq. Azərbaycan millisinin bayraqdarı boksçu Teymur Məmmədov olacaq. Olimpiya məşəlini əfsanəvi futbolçu Pelenin alovlandırması gözlənilir.