MƏDƏNİYYƏT


Qubanın Susay kəndindəki 600 illik tarixə malik qədim məscid

Qubada turistlərin diqqətini çəkən tarixi abidələrdən biri də Şahdağın ətəyində yerləşən Susay kəndində 600 ildən çoxdur mövcud olan qədim məsciddir. Rayon mərkəzindən 30 kilometr məsafədə yerləşən Susay kəndinin tarixi də çox qədimdir. Araşdırmalara görə, burada yaşayış məntəqəsi dörd min il əvvəl salınıb.