Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Rio -2016”: Valentin Demyanenko Azərbaycana daha bir gümüş medalı qazandırıb

18.08.2016 [17:42]

Xəbərin mətni
“Rio-2016”da birnəfərlik kanoe qayığı (C-1) ilə 200 metr məsafəyə final yürüşü keçirilib. Azərbaycan idmançısı Valentin Demyanenko da həlledici mərhələdə qüvvəsini sınayıb. Finalda məsafəni 39.493 saniyəyə qət edən idmançımız gümüş medal qazanmağı bacarıb.