Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsmayıllı abidələri: Cavanşir qalası

24.08.2016 [14:12]

Xəbərin mətni
Cavanşir qalası İsmayıllı rayonunun Talıstan kəndindən 3 kilometr məsafədə, Ağ çay dərəsindən 500-600 metr yüksəklikdəki dağın zirvəsində yerləşir. Kirəc məhlulu ilə çay daşından tikilən qalanın qalınlığı 2, hündürlüyü isə 10 metrə çatır. Qalanın sahəsi təxminən 2 hektara yaxındır. Diametri 8 metrə çatan 6 bürcü var.