İDMAN


“Nar” şirkəti IV İslam Həmrəyliyi Oyunlarının rəsmi telekommunikasiya tərəfdaşı olub

Aprelin 13-də bununla əlaqədar Oyunların Əməliyyat Komitəsi ilə “Nar” şirkəti arasında saziş imzalanıb. Rəsmi tərəfdaşlığa dair sazişi “Bakı-2017” Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov və “Nar” şirkətinin baş icraçı direktoru Klaus Müller imzalayıblar. Sazişə əsasən, “Nar” şirkəti Oyunlar zamanı Əməliyyat Komitəsini mobil telekommunikasiya, o cümlədən zəng və data xidmətləri ilə təmin edəcək, İnformasiya Əlaqə Mərkəzi və Oyunların Texnologiya Şöbəsinə dəstək sahəsində aparıcı provayder rolunu oynayacaq.