Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanına səfərə gəlib

21.05.2017 [12:35]

Xəbərin mətni
Mayın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb-İslam-Amerika Sammitində iştirak etmək üçün Səudiyyə Ərəbistanı Krallığına səfərə gəlib. Ər-Riyad şəhərinin “King Salman Air Base” aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

BÖLMƏNİN DİGƏR VİDEOLARI