SİYASƏT


ABŞ-ın paytaxtında ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirə ABŞ ictimaiyyətinin nümayəndələri, bu ölkədə yaşayan həmyerlilərimiz və səfirliyin əməkdaşları ilə yanaşı, Xocalı faciəsinə həsr olunmuş “Sülh laylayı” (The Lulluby of Peace) adlı musiqi əsərinin hazırlanmasında iştirak etmiş Vaşinqton Beynəlxalq Piano Sənəti Şurasının çoxsaylı nümayəndələri də qatılıb.