SİYASƏT


AZƏRTAC təqdim edir: Media və zamanın çağırışları

“Media və zamanın çağırışları” – AZƏRTAC-ın geniş oxucu auditoriyasına təqdim etdiyi kitab belə adlanır. Azərbaycan və ingilis dillərində nəşr olunan kitabda təxminən bir il əvvəl – 2016-cı ilin noyabrında Heydər Əliyev Fondunun və AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilmiş iki mötəbər media forumunun – Dünya Xəbər Agentliklərinin V Konqresinin və Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının materialları toplanıb.