İDMAN


“ADA” Universitetində sinxron şahmat yarışı keçirilib

Yanvarın 12-də “ADA” Universitetində “Vüqar Həşimov Şahmat Akademiyası”nın təşkilatçılığı ilə sinxron şahmat yarışı keçirilib. AZƏRTAC xəbər verir ki, turnirdə universitetin tələbələri beynəlxalq şahmat ustaları Sərxan Həşimova və İlahə Qədimovaya qarşı yarışıblar. Turnirdə tanınmış şahmatçılarla ADA-nın 40-a yaxın tələbəsi və universitetin qonaqları mübarizə aparıblar.