MƏDƏNİYYƏT


Vyanada Novruz bayramı qeyd edilib

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Novruz bayramı münasibətilə tədbir keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, müxtəlif ölkələrin milli icmalarının təmsilçiləri, bu ölkədə yaşayan həmvətənlərimiz və avstriyalı qonaqlar iştirak ediblər. Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Leyla Qasımova xalqımızın əziz bayramı olan Novruzun mahiyyəti və tarixi haqqında məlumat verib.