Mingəçevir “ASAN Həyat” kompleksi vətəndaşların istifadəsinə verilib
13.03.2018 [17:23]
Xəbərin mətni
Jurnalistlərin suallarını cavablandıran Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin müdiri Anar Hüseynov məlumat verib ki, Mingəçevir “ASAN Həyat” kompleksi fəaliyyətə başladığı gündən bəri bölgənin 1100-dən çox vətəndaşına xidmət göstərib.