Kamran Əliyev: Uşaqlarla bağlı hər bir hüquq pozuntusu prokurorluq orqanlarını ciddi şəkildə narahat edir
10.06.2026 [22:44]
Xəbərin mətni
2025-ci ilə dair statistik göstəricilərə əsasən, 18 yaşına çatmamış 478 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Eyni zamanda, həmin dövrdə 18 yaşına çatmamış 784 nəfər cinayət hadisələri üzrə zərərçəkmiş qismində tanınıb. AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş prokuror Kamran Əliyev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və Hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib.