Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mağazalardan mobil telefonlar oğurlayan şəxs saxlanılıb

06.04.2018 [14:39]

Xəbərin mətni
Nəsimi rayonundakı Moskva prospektində yerləşən və elektron avadanlıq satılan mağazalardan birindən soyğunçuluq edilib. Mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan hər birinin qiyməti 1800 və 1600 manat olan “Samsung” markalı iki mobil telefonu götürərək qaçıb.