Astarada Aprel şəhidi Pəncəli Teymurovun xatirəsi yad olunub
06.04.2018 [18:53]
Xəbərin mətni
Astarada Aprel döyüşlərində şəhid olmuş gizir Pəncəli Teymurovun anım tədbirlərində igid döyüşçünün xatirəsi ehtiramla anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım mərasimlərində şəhidin döyüş yoldaşları, hərbçilər, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.