Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəki-Zaqatala bölgəsində prezident seçkisi seçicilərin fəallığı şəraitində başlanıb

11.04.2018 [09:49]

Xəbərin mətni
Aprelin 11-də respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala bölgəsi rayonlarında da Azərbaycan Respublikasının Prezidenti seçkilərinə start verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhər saat 8.00-dan etibarən bölgəyə daxil olan Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarında fəaliyyət göstərən 9 seçki dairəsinin 418 seçki məntəqəsi qapılarını seçicilərin üzünə açıb.