Cocuq Mərcanlı sakinləri 26 ildən sonra ilk dəfə doğma kəndlərində səs verirlər
11.04.2018 [15:26]
Xəbərin mətni
Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin sakinləri 26 ildən sonra ilk dəfə öz doğma torpaqlarında səs verirlər. Səsvermə Mərkəzi Seçki Komissiyasının qərarı ilə 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin dislokasiyası daxilində Cocuq Mərcanlı kəndində yaradılmış 73 saylı seçki məntəqəsində keçirilir.