Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid Əmrah Yüzbəyovun təltif edildiyi medal ailəsinə təqdim olunub

28.05.2018 [18:26]

Xəbərin mətni
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Hacıməmmədoba kəndində dəfn olunan şəhidin layiq görüldüyü medal mayın 28-də ailəsinə təqdim edilib.