ELM VƏ TƏHSİL


“Təhsil avtobusu”nun ilk ünvanı Qubadır

"Azərbaycan üçün öyrət" təhsil proqramı çərçivəsində təşkil olunan “Təhsil avtobusu–2018” yay məktəbinə iyulun 17-də Qubada start verilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təhsil nümayəndələrinin iştirakı ilə keçirilən açılış mərasimində yay məktəbinin iyulun 17-dən 23-dək davam edəcəyi bildirilib. “Təhsil avtobusu” Bakı-Quba-Masallı-Şəmkir-Şəki-Qəbələ-Bakı marşrutu üzrə səyahət edəcək.